Xocalı uğrunda döyüşlər gedir

Dağlıq Qarabağda cəbhə xəttinin müxtəlif istiqamətlərində döyüş əməliyyatları davam edir.

 

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

 

Bu gün həmçinin Xocalı rayonunun Çanaqçı, Sığnaq və Ağbulaq kəndləri uğrunda döyüşlər gedir. Bu haqda LAF TV Qondarma “DQR”-in rəhbəri Araik Arutunyanın mətbuat xidmətinə istinadən məlumat yayıb. Qeyd edək ki, Sığnaq və Çanaqçı kəndləri Şuşanın bir neçə kilometrliyində yerləşir.

 

LAF TV-nin canlı efirində bu məlumat, eləcə də hərbi və siyasi cəbhədəki son   durum Müsavat başqanı Arif Hacılının iştirakı ilə şərh edilib. Həmin verilişi təqdim edirik:

 

 

 

Basta