Bakı Ceyhun Bayramovun Minsk qrupu həmsədrləri ilə görüşünün bir gün ertələnməsini istədi

Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bu günə planlaşdırılan görüşünün 30 oktyabr tarixinə təxirə salınıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupu həmsədrləri ilə bu günə planlaşdırılan görüşünün 30 oktyabr tarixinə təxirə salınmasını təklif edib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva deyib.

 

“İndi həmsədrlərdən (iclasın yeni tarixinin) təsdiqini  gözləyirik” – deyə, Abdullayeva Turan-a bildirib.

 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə gəlincə, Abdullayeva bunun əvvəlcədən nəzərdə tutulmadığını söyləyib: “Cenevrədə yalnız ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulur”.

 

Öz növbəsində, erməni tərəfi görüşün təxirə salınmasını təsdiqləyib, lakin nazirlərin görüşünün baş tutacağını iddia edib.