Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir

Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyan Azərbaycan ordusunun Şuşanın 5 kilometrliyində olduğunu bildirib.

 

“Şuşadan bir neçə kilometr məsafədə, maksimum beş kilometr məsafədədirlər. Əsas məqsədləri Şuşanı tutmaqdır. Deyildiyi kimi, Şuşaya sahib olan Qarabağa sahibdir. İstəyirəm ki indiki vəziyyəti dərk edək, sadəcə danışmayaq, Şuşanın müdafiəsində bilavasitə iştirak edək” – deyə, Arutunyan həyacan təbili çalıb.

 

“Sputnik”in bu gün səhər saatlarında Arutunyanın mətbuat katibinə istinadən yaydığı məlumatda Xocalı rayonunun Canaqçı, Sığnaq və Ağbulaq kəndlərində ağır döyüşlərin getdiyi bildirilirdi.  A. Arutunyan təlaş içində “Azərbaycan ordusu Şuşanın 5 kilometrliyindədir” deməklə, həmin kəndlər uğrunda döyüşlərdə ordumuzun qalib gəldiyini etiraf etmiş olub.

 

Basta