Putin Qarabağ məsələsinin tənzimlənməsində Türkiyənin iştirakını mümkün sayır

Rusiya Prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həllində iştirakını Türkiyənin məqbul sayıb.

 

Oktyabrın 29-da “VTB Kapital” “Rossiya zovyot!” investisiya forumunun iclasında çıxış edən Putinin sözlərinə görə, Qarabağdakı münaqişəni həll etmək üçün danışıqlar masasına oturmaq və ATƏT-in Minsk qrupunun təklifləri əsasında konsensus  tapmaq lazımdır.

 

“Birinci mərhələdə hərbi əməliyyatları, insanların ölümünü dayandırmaq, danışıqlar masasına oturmaq və Minsk Qrupunun, həmsədrləri – Rusiya, ABŞ və Fransa – eləcə də Minsk Qrupunun digər üzvlərinin iştirakı ilə, burada həm Türkiyə, həm bir çox başqa Avropa dövlətləri var, təklifləri müzakirə etmək, konsensusa nail olmaq və maraqları balansları balanslaşdırmaq lazımdır. Bunu etmək olar”, – deyə, Rusiya prezidenti bildirib.

 

“Rusiya lap əvvəldən Ermənistanın işğal etdiyi “beş və daha iki rayonun” Azərbaycana verilməsinin mümkünlüyündən danışıb. Biz lap əvvəldən nə demək lazım olduğunu əsas götürmüşük, – bizim mövqeyimiz isə tamamilə açıqdır, -Azərbaycana beş üstəgəl iki rayonun verilməsinin mümkünlüyü və Dağlıq Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı münasibətlər və s. barədə danışmaq lazımdır”, – o deyib.

Prezident  xatırladıb ki, münaqişə etnik toqquşmalardan başlayıb və Sovet İttifaqı rəhbərliyi insanların təhlükəsizliyini təmin etmək üçün heç bir təsirli tədbir görməyib.

“Ermənilər silaha əl atıblar və bunu özləri ediblər. Onlar yaxşı hərəkət ediblər, ya pis, amma əvvəlcə etnik zəmində bu neqativ hadisələr onların hərəkətlərinə şərait yaradıb. Bu da ona gətirib çıxarıb ki, Dağlıq Qarabağın özü, həm də Azərbaycanın daha yeddi rayonu Ermənistanın nəzarəti altına düşüb. Bu, yaxşıdır, ya yox?”,  – Putin deyib.

 

“Azərbaycan nə deyir? O deyir ki, həmin yeddi rayonun istər etnik münaqişəyə, istərsə də Ermənistana heç bir aidiyyəti yoxdur. Bunlar əzəli Azərbaycan əraziləridir. Azərbaycan deyir: bizim bu əraziləri özümüzə qaytarmaq hüququmuz var. Hər kəs özünü haqlı hesab edir və burada sadə həll yoxdur, çünki düyün çox möhkəm bağlanıb”, – prezident əlavə edib.

 

O, münaqişənin uzunmüddətli həllini “hər iki tərəfi -həm həmişə hörmətlə yanaşdıqları Azərbaycan xalqını, həm də erməni xalqını qane edən mənafelər balansını tapmaqda” görür.

 

Basta