Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilər interaktiv xəritədə – VİDEO

Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə bağlı hazırlanan interaktiv xəritə növbəti dəfə yenilənib.

 

Həmin xəritədə sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 185 kənd və Murovdağ zirvəsi qeyd olunub.

 

Xəritədə Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Azərbaycan torpaqları müvafiq tarixi ardıcıllıqla sıralanıb.

 

oxu.az