Kəlbəcərin iki kəndi evlər yandırıldıqdan sonra ermənilərdə qalıb?
Evlər yandırıldıqdan sonra Kəlbəcərin Çərəktar kəndinin sakinləri kəndin Azərbycana təhvil verilməyəcəyini öyrəniblər.
Bu haqda Ermənistanın Panorama.am saytı məlumat yayıb.
Ermənistan hökumətinin tərtib etdiyi siyahıya əsasən bu kənd də Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabr razılaşmasının şərtlərinə uyğun olaraq Azərbaycana təhvil verilməliymiş. Siyahını görən kənd sakinləri buradan köçməyə hazırlaşırlar – evlərini yandırdılar, tikilməkdə olan bir məktəbin damını söküblər və s..
Lakin sonra kəndin təslim edilməyəcəyi ortaya çıxıb. Sayt yazır ki, analoji hal Kəlbəcərin Akanaberd (?) kəndində də baş verib.
Azərbaycan rəsmiləri məlumata münasibət bildirməyib.
Basta