Azərbaycanın iki universiteti ən yaxşı dünya universitetləri reytinqində yer alıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti ən yaxşı dünya universitetlərini müəyyən edən “Universitetlərin Nüfuz Reytinqi 2020” (“THE University Impact Rankings 2020”) cədvəlində yer alıb.

 

Reytinq cədvəlini dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” açıqlayıb.

 

Cədvələ əsasən, Azərbaycanın UNEC və Xəzər Universitetləri reytinqdə 601+ aralığında qərarlaşıblar.

 

Qurum sıralamanı 2020-ci il üçün universitetlərin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə aparıb.

BBC