Teymur Rəcəbovdan möhtəşəm qələbə – finalda Rusiya, Ermənistan və Fransadan olan rəqiblərini uddu

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov beynəlxaq şahmat turnirinin final  mərhələsinin ikinci günündə də Ermənistandan olan rəqibi Levon Aronyana qalib gəlib. Bununla o, Ermənistan, Rusiya və Fransadan olan rəqiblərini üstələyərək turnirin qalibi olub.

 

https://youtu.be/dV6dEK4N2WI

 

•••

 

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Airthings Masters” turnirinin həlledici mərhələsində Ermənistan şahmatçısı Levon Aronyana qalib gəlib.

 

Beynəlxalq Şahmat Federasiyası məlumatına gorə, qrossmeyster finalın 4-cü oyununda qaralarla qalib gələrək, bir xal önə keçib -2,5:1,5. Bundan əvvəl Rəcəbov Rusiya şahmatçısı Daniil Dubova qalib gəlib.

 

Dubov 3-cü yer uğrunda matçda fransalı şahmatçı Maksim Vaşye ilə yarışır.

 

Yanvarın 3-dək davam edəcək turnirin 200 min ABŞ dolları olan ümumi mükafat fondunun 60 mini qalibə çatacaq. Sabahkı oyunda Rəcəbova turnirin qalibi olmaq üçün heç-heçə kifayətdir.

 

https://youtu.be/hOIV-FCpNnQ

 

Basta