Müsavat Divanının iclası keçirilib

Yanvarın 25-də Müsavat Partiyası Divanın növbəti iclası keçirilib. Partiyanın Mərkəzi qərargahında keçirilən iclasda ölkədə və regionda gedən proseslər haqda fikir mübadiləsi aparılıb.

 

İşgaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin qaytarılması mövzusunda həyata keçirilən rəy sorğusu və digər hazırlıq işləri barədə məlumat verilib. Bu məsələ ilə əlaqədar təkliflərin hazırlanması üçün mütəxəssislərdən ibarət komissiyanın yaradılması qərara alınıb.

 

Divan Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının ildönümü ilə bağlı, yanvarın 31-də saat 12:00-da Novxanı kəndində öndərin abidəsinin sosial məsafə və maska rejiminin qorunması şərtilə ziyarət edilməsi haqda qərar qəbul edib.

 

İclasda Divan üzvlərinə, təşkilati məsələlərlə bağlı onların təhkim olunduqları rayon təşkilatlarının yenilənmiş siyahısı təqdim edilib.

 

Sonda cari məsələlər müzakirə edilib.

 

Basta