Həyat kənddən başlayır
Təhsil, iqtisadiyyat, inşaat-tikinti mütəxəssislərinin az-çox fəallığı cəmiyyətdə özünü büruzə verir. Çünki bu sahələrdə ləngimə yox, hətta pandemiya və şükür ki, bizi
düşdüyümüz uçurumdan çıxaran müharibəyə baxmayaraq hətta sürətli irəliləyiş də var demək olar.
Ancaq di gəl ki, bu tarix sahəsində çoxdandır öz cılız təfəkkürləri ilə çat yaradan maaş düşgünü “ziyalılar” Azərbaycanda hələ çox da hiss olunmayan problemlərin əsasını qoyublar.
Nədir bu problem? Yuxarıda sadaladığım sahənin işçiləri koronaya, müharibəyə ə əhəmiyyət vermədən üzərlərinə düşən borcu yerinə yetirməyə çalışırlar. Belə ki, işğaldan azad olunan ərazilərdə işğalçının məhv etdiyi yaşayış yerlərini bərpa etməkp planları hazırlayırlar. Bunu hiss eləmək xalqa sevinc gətirir.
Məlumat da yayılıb ki, qurulanp planın mahiyyəti mobil tiplidir. Yəni iqtisadçı öz mövqeyini güclü edir ki, xırda kəndlər ləğv edilib, mərkəzləşmiş qəsəbələrdə birləşdirilsin və daha çox torpaq sahələribi istifadəyə verilsin. İqtisadçı tikinti mühəndisinə özünün haqlı olduğunu sübut edirsə, bu məsələ ilə niyə də razılaşmasın?
Cənab tarixçi bəs sən haradasan? Heç izin-sorağın hiss olunmur. Halbuki sən həyəcan təbili çalmalısan ki, ay iqtisadçı, inşaatçı qardaş, sizin kəndi ləğv etməyiniz
brakonyerin əlində silah təbiətin nadir canlılarını ödürməyə bənzəyir. Sadə camaat
təlaşa düşərək “bizə yardım lazım deyil, öz vəsaitimizlə ata yurdunu dirçəldəcəyik,
çadır qurub yaşayacağıq” deyir, amma hələ heç bir saytda hər hansı bir tarixçinin
reaksiyası görünmür. Sizin bu susqunluğunuz heç bilirsiniz kimlərin ruhlarını yandırır?
Stalinin gülləsinə tuş gəlmiş Məhəmməd Baharlı kimi yüzlərlə tarixçiləri. Bax onları
bundan ötrü məhv elədi imperiya. Ona görə ki, sizin kimi ağızlarına su alıb oturmurdular. Arxeoloqların torpağın altından əziyyətlə üzə çıxardıqları min illərin kənd qalıqları insanlıq tarixinin abidəsi deyilmi?
Bizim çox hörmətli jurnalist Zamin Hacı yazılarından birində dedi ki, AMEA-nın kişi əməkdaşları iş yerində günlərini nərd oynamaqla, qadın əməkdaşları da corab
toxumaqla keçirirlər. Jurnalistin tənqidlərinə dözməyənlər başladılar onu hədələməyə.
Bu səhər şəhidlərimizdən birinin hücumqabağı vida sözlərini oxudum: “Onsuz
da öləcəyik, nə olar-olar, hücuma gedirik, sağ olun!” – deyib borcunu yerinə yetrdi.
Növbə biz həyatda qalanlarındır, hörmətli tarixçi! Zəhmət olmasa, mənəvi borcunun,
vəzifənin öhdəsindən gəlməyi bacar! Ən azından hərəniz o kəndlərin birində doğulub,
boya-başa çatıb, indi qərar tutduğunuz mərhələyə çatmısınız. Yuvası dağıdılıb perikmiş quşların aqibətini yaşayan xalq qarşısında bu laqeydlik başadüşülən deyil.
Axı hamımız bilirik ki, həyat kənddən başlayır.
Nəzakət Muradova
Cəbrayıl rayonu, Quycaq kəndi
Basta