Co Bayden: “Rusiyanı məcbur edəcəyik”
ABŞ prezidenti Co Bayden onun administrasiyasının xarici siyasət prioritetlərini açıqlayıb. Prezidentin Dovlət Departamentində etdiyı çıxışı dünyanın aparıcı telekanallarında canlı yayımlanıb.
Bayden dünyada sülhün və demokratiyanın bərqərar olması üçün ABŞ-ın atacağı addımlardan danışıb. O, təhlükəsizliyin təmin edilməsi üçün alyansların və mütttəfiqlərlə münasibətlərin bərpa ediləcəyini bildirib.
Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi, müxalif siyasətçi Aleksey Navalnının zəhərlənməsi və həbsi haqda danışan Bayden ABŞ-ın buna biganə qalmayacağını bildirib.
“Mən öz sələfimdən fərqli olaraq, prezident Putinə aydın şəkildə anlatdım ki, Rusiyanın təcavüzkar hərəkətləri – seçkilərimizə müdaxilə, kiber hücumlar, öz vətəndaşlarını zəhərləməsi kimi hərəkətləri qarşısında ABŞ-ın təslim olduğu günlər keçmişdə qaldı. Tərəddüd etməyəcəyik Rusiyanı cavab verməyə məcbur edəcəyik. Xalqımızın həyati maraqlarını müdafiə edəcəyik” – deyə, ABŞ prezidenti vurğulayıb.
Basta