Müsavat başqanı ALDE-nin toplantısında təkliflərlə çıxış edib
Bu gün Avropa Liberal Demokratlar Alyansının (ALDE-nin) Avropa Parlamentindəki fraksiyasının, “Renew Europe”-nın təşəbbüsü ilə, onlayn formada Şərq Tərəfdaşlığı mövzusunda müzakirələri davam etdirilib.
Bu haqda Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Müzakirələrdə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belorus və Rusiyadan olan əsas siyasi partiyaların, Renew Europe fraksıyasının rəhbər şəxsləri və Avropa Parlamentinin üzvləri iştirak edib.
“Gündəlikdə olan məsələlərin müzakirəsi zamanı çıxış etdim. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığın genişlənməsi və davamlılığı, Şərq Tərəfdaşlığı ölkələrində insan haqlarının qorunması, demokratiyanın inkişafı üçün görülməli işlər, Rusiyanın region ölkərinə hərbi-siyasi təsirinin məhdudlaşdırılmasının zəruriliyi barədə danışdım. Bu problemlərin həlli ilə bağlı təkliflər verdim. Bu mövzularda müzakirələrimiz davam edəcək” – deyə, Müsavat başqanı bildirib.
Basta