ABŞ-da Trampın impiçment məhkəməsi başlayıb

ABŞ Senatında, Kapitoliyə basqına görə günahlandırılan ABŞ-ın 45-ci prezidenti Donald Trampın impiçmentinə dair ikinci məhkəmə prosesi başlayıb.

 

Reuters-in məlumatına görə, proses prezident vəzifəsindən getdikdən onun impiçmentə məruz qalmasının Konstitusiyaya uyğun olub-olmamasının müzakirəsi ilə başlayıb.

 

Bundan əvvəl Respublikaçılar Partiyasının nümayəndələri məsələnin Senatda müzakirəsini əngəlləməyə çalışsalar da məğlub olublar.

 

Proses 10 fevral tarixində davam edəcək, tərəflərin hər birinə öz mövyini ifadə etmək  üçün 16 saata qədər vaxt verilə bilər.

 

İmpiçmentin baş tutması üçün Senat üzvlərinin üçdə ikisi buna səs verməlidir, yəni Demokratik Partiyanın nümayəndələrindən əlavə 17 respublikaçı qərarı dəstəkləməlidir. ABŞ Prezidenti Co Bayden, Respublikaçıların impiçmenti dəstəkləyəcəyinə şübhə edir.

 

Yanvar ayında ABŞ Nümayəndələr Palatası qiyam qaldırmaq ittihamı ilə Trampın impiçmentinə səs verib. On Respublikaçı da daxil olmaqla, Palatanın 232 üzvü impiçmentin lehinə səs verib.  197 Konqresmen təklifə qarşı çıxıb, onların hamısı Respublikaçılardır.

 

Basta