Böyük Britaniya Azərbaycana iki məsələdə dəstək verməyə hazırdır

Böyük Britaniya Azərbaycanın bərpa olunan enerji erjiyə keçidini və 2030-cu ilə qədər karbon emissiyalarının daha da azaldılmasını ehtiva edən iddialı iqlim hədəflərinə çatmasını dəstəkləməyə hazırdır. Bu barədə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Vendi Mortonun mətbuat üçün bəyanatında deyilir.

 

O qeyd edib ki, bu məsələləri fevralın 9-da Azərbaycan prezidenti ilə müzakirə edib.

 

“Birləşmiş Krallığın cari ilin noyabr ayında keçirəcəyi qlobal iqlim dəyişikliyi üzrə zirvə toplantısından əvvəl ölkələrimizin iqlim dəyişikliyi ilə birlikdə mübarizə aparması üçün geniş imkanlar mövcuddur”, deyə o bildirib.

 

Morton Londonun Azərbaycanın bərpa olunan enerji erjiyə keçidini və 2030-cu ilə qədər karbon emissiyalarının daha da azaldılmasını ehtiva edən iddialı iqlim hədəflərinə çatmasını dəstəkləməyə hazır olduğunu bildirib.

 

“Birləşmiş Krallığın bu gün gördüyümüz müasir və dinamik Azərbaycana necə töhfə verdiyini görmək çox xoşdur. Məşhur Britaniyalı memar Zaha Hadid tərəfindən layihələndirilmiş möhtəşəm Heydər Əliyev Mərkəzini ziyarət edirəm və məşhur London elektrikli taksilərimizin Bakıda karbon emissiyalarını azaltmağa kömək etdiyini görməkdən məmnunam”, deyə Mortonun bəyanatında qeyd edilir.

 

mfa.gov.az

 

Böyük Britaniya Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazırdır, bu barədə çərşənbə axşamı Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Vendi Morton Azərbaycan XİN başçısı Ceyhun Bayramovla görüşündə bildirib.

 

Bayramovun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü bərpa edərək, BMT TŞ-nin məlum qətnamələrini təmin edib. O, həmçinin qeyd edib ki, xarici vətəndaşların rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə səfərləri qanunsuzdur, buna görə Bakı müvafiq tədbirlər görür.

 

Görüşdə strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

 

Dövlət katibi Vendi Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.

 

Turan