“Nikol, satqın”: Paşinyan hökumət binasına gələrkən etirazçılar bu şüarı səsləndirdi – Video
Yerevanda polis hökumət binasının yaxınlığında itaətsizlik aksiyasına qatılan 25 nəfəri saxlayıb. Bu barədə Ermənistan mediası polis orqanlarına istinadən məlumat verir.
Bu gün, fevralın 23-də Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın hökümət binasına girişinə əngəl olmağa çalışıb. Hökumət binası yaxınlığında gərginlik yaranıb, polis binanı əhatəyə alıb. Nikol Paşinyan cangüdənlərinin əhatəsimdə hökumət binasına daxil olub. Bu zaman etrirazçılar “Nikol satqın”, “türk”, “qatil” şüarları səsləndiriblər.
Basta