Müsavat başqanı: “Çinin uyqurlara qarşı soyqırımı Milli Məclisdə müzakirəyə çıxarılsın”

Müsavat başqanı Arif Hacılı Azərbaycan parlamentində Çinin uyqurlara qarşı soyqırımı ilə bağlı müzakirələrə başlanmasını təklif edib.

 

“Kanada parlamenti Çinin uyqurlara qarşı soyqırımını tanıdı. Hökümətdən müsəlman türklərə qarşı qenosid siyasəti yürüdən Çinə qarşı sanksiyalar tələb etdi… Yaşlı nəsil xatırlayar. Orta məktəb Azərbaycan dili dərsliklərimizdə yazılırdı ki, dilimiz monqol-uyğur mənşəlidir. Sayı on milyonlarla olan uyqurlar ən çoxsaylı türk xalqlarının birinci beşliyinə daxildir. Eyni millətik. Onların da əsas mübarizə şüarı dəqiq bizdə olduğu kimi “Azadlıq”şüarıdır. Əslində uyqurlara qarşı soyqırımını tanıyan ilk dövlətlər Azərbaycan və Türkiyə olmalı idi. Amma indi də gec deyil” – deyə, Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

 

“Presedent var. Azərbaycan Milli Məclisi durmadan Çinin uyqurlara qarşı soyqırım siyasəyini müzakirəyə çıxarmalıdır!” – deyə, Musavat başqanı təklif edib.

 

Basta