“Müsavat dəvət olunsa da, həmin tədbirdə iştirak etməyib”

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Vətəndaş Cəmiyyəti nümayəndələrinin və bir neçə siyasi partiyaların qadın qolları təmsilçilərinin iştirakıyla “Siyasi dialoqda qadınların rolu” adlı videokonfrans keçirilib.

 

Müsavat Partiyası həmin tədbirə dəvət olunub, məsələ partiyada müzakirə edilib və iştirak etməmək barədə qərar qəbul olunub. Hakimiyyətlə bü tipli görüşlərin formal xarakter daşıdığını, mövcud problemlərin aradan qalxmasına heç bir faydasının olmadığını nəzərə alaraq təklif qəbul edilməyib.
Guya həmin tədbirdə Müsavat Partiyasının təmsilçisinin olması haqda yayılan rəsmi məlumat həqiqətə uyğun deyil.

 

Bunu Müsavatın Divan üzvü Könül Alı özünün feysbuk səhifəsində yazıb.

 

“Hakimiyyətin yalan maşını dayanmaq bilmir… Rəsmi məlumata düzəliş olunmalı, təkzib verilməlidir” – deyə, Könül Alı qeyd edib.

 

Basta