ABŞ prezidenti İrana qarşı sanksiyaların müddətini daha bir il uzadıb
ABŞ Prezidenti Co Bayden İrana qarşı tətbiq olunan sanksiyaların müddətini bir il daha uzadıb.
Qeyd edilib ki, ABŞ prezidenti 1995-ci ilin mart ayında İrana qarşı Bill Klintonun rəhbərliyi dövründə elan edilən sanlsiyaların 15 mart 2021-ci il tarixindən daha bir il uzadılması ilə bağlı Konqresə bildiriş göndərib.
Frmanın mətnində “İran hökumətinin hərəkətləri və siyasətləri ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün fövqəladə təhdid olaraq qalmağa davam edir” deyilir.
Prezident Co Bayden əlavə edib: “Bu səbəbdən, 12957 saylı İcraedici Sərəncamda elan edildiyi kimi İranla əlaqədar milli fövqəladə vəziyyətin davam edəcəyi və bu təhdid qarşısında İrana qarşı hərtərəfli sanksiyaların qüvvədə qalacağı qənaətinə gəldim.”
Gunaz.tv