Bayram günlərində ictimai nəqliyyat işləməyəcək

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.

 

“Report” xəbər verir ki, qərara əsasən martın 20-si saat 00:00-dan martın 29-u saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.

 

***

 

Nazirlər Kabineti yanında operativ qərargahın brifinqi keçirilir.

 

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva iştirak edirlər.

 

Ölkədə karantin qaydaları ilə bağlı vəziyyət elan edilir.