ABŞ Kapitoliyə basqında xarici dövlətlərin iştirakını araşdırır
Federal Təhqiqatlar Bürosu (FTB), yanvarın 6-da ABŞ Konqresinin binasına basqının planlaşdırılması və həyata keçirilməsində xarici hökumətlərin, təşkilatların və ya şəxslərin əli olub olmadığını. Bu barədə şənbə günü Amerikanın NBC News televiziyası FTB işçisinə istinadən xəbər verib.
Hücumdan bir qədər əvvəl , burada itirak edən “alternativ sağ” radikal hərəkatının əsas şəxslərinə 500 min dollar məbləğində ödənişin edilməsi ABŞ xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Maliyyə əməliyyatlarının arxasında Fransa vətəndaşının durduğu, onun kripto valyuta ilə köçürmə etdiyi bildirilir.
Bundan əlavə, Federal Təhqiqatlar Bürosu, təhlükəsizlik orqanları və polisin hazırladığı birgə hesabatda qeyd olunub ki, 6 yanvar iğtişaşlarından sonra “Rusiya, İran və Çinin təsir agentləri, öz dövlətlərinin siyasi təbliğatlarını inkişaf etdirmək üçün bu hadisədən istifadə ediblər.
Qeyd edək ki, ABŞ Konqresi prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb.
Donald Trampın yanvarın 6-da öz tərəfdarları qarşısında radikal çıxışından sonra, onlar ABŞ Konqresinin binasına hücum ediblər. İğtişaşçılar prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışıblar. Kapitoli binasına basqın nəticəsində beş nəfər ölüb.
ABŞ Konqresinin Nümayəndələr Palatası bundan əvvəl də Trampa qarşı impiçment prosedurunu başlatmışdı. Tramp iki dəfə impiçment elan edilən ilk prezident olara tarixə düşüb. İmpiçmüent məsələsi hazırda respublikaçıların nəzarətində olan Senata göndərilib.
Basta