Paşinyanın reytinqi bir ayda 4,5 faiz azalıb

Ermənistanın baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun reytinqi bir ay ərzində 4,5 faiz azalıb. Bunu Gallup International assosiasiyasının Ermənistan nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri göstərib.

 

Mart ayında respondentlərin 31,7 faizi “Mənim addımım”a səs verməyə hazır idisə,  apreldə bu rəqəm  27,2-yə düşüb.

 

Tədqiqat 26-29 mart və  23-27 aprel tarixləri arasında telefon vasitəsi ilə aparılıb. Sorğuda 1003 nəfər iştirak edib.

 

Aprel ayında respondentlərin 8,1 faizi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi siyasi qüvvəyə səs verəcəklərini bildirib,  mart ayında bu rəqəm  5,9 faiz olub.

 

Hazırda parlamentdə əsas müxalifət fraksiyası olan “Çiçəklənən Ermənistan”a – 3,7% (4,4%), “Aydınlanmış Ermənistan”a isə  – 1,8 (2,7 %) səs verməyə hazırdır. Sorğuya gorə, Daşnak partiyası – 1.8% (2.1%), Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın Respublikaçılar  partiyası isə – 1.1% (2.4%) səs toplaya bilər.

 

Aprel ayında 7.4 faiz heç kimə səs vermək istəmədiyini açıqlayıb. Mart ayında bu göstərici  24.6 faiz olub.

 

Ermənistanda parlament seçkiləri iyunun 20-də keçiriləcək.

 

Basta