İlham Əliyevin səhvi

Səxavət Soltanlı

.

Ölkə başçısının son müşavirədə söylədikləri həqiqətdən uzaq, çox ziddiyyətli və zərərli idi. Ortada çox ciddi suallar var, yazının sonunda o sualları görəcəksiz.

Birincisi, qeyd edilənlərdən belə başa düşmək olardı ki, insanların Şəhidlər Xiyabanı yaxınlığına, Milli Məclisin qarşısına toplaşamasını hakimiyyət təşkil edib. İlham Əliyev dedi ki, “mən tapşırdım insanlara şərait yaradın Şəhidlər Xiyabanına rahat getsinlər” Yeri gəlmişkən, belə toplantılarda baş verən istənilən təxribat xarakterli hərəkətə görə də təşkilatçılar məsuliyyət daşıyır.

İkincisi, ölkə başçısı minlərlə insanın yürüşünü, Qarabağ aksiyasını şəxsən ona, dövlətə, orduya dəstək olduğunu bildirdi. Faktiki olaraq həmin yürüşü bir güc göstəricisi kimi ifadə etdi. Ziddiyyətli olanlardan biri də odur ki, minlərlə insanın Qarabağ və səfərbərlik tələbi ilə meydanlarda olmasını fəxrlə deməklə yanaşı könüllü xidmət üçün müraciət edənlərin 150 nəfər olduğunu aşağılayıcı tonda ifadə etdi, hansı ki, belə deyildi, həqiqətdən uzaq və səhv idi.

Ora gələn əksəriyyət səfərbərlik elan olunmasını tələb edirdi. Əgər ölkə başçısı onların qarşısına çıxıb desəydi ki, hər kəs aid olduğu çağırış məntəqəsinə müraciət etsin, o zaman rəsmi müraciət edənlərin sayı minlərlə olacağına şübhə yox idi.

Ortaya çıxan ciddi suallardan üçü məni daha çox maraqlandırır.

Əgər o yürüş bir güc göstərisi idisə, xalq-iqtidar birliyinin nümayişi idisə, bu güc, birlik görüntüsü kimə göstərilirdi?

Bu yürüş düşmən tərəfə bir göstəri idisə, o zaman “150 nəfər” söhbəti bəs nə idi?

Bəlkə bizə məlum olmayan məqamlar var, biz nələrisə bilmirik?

Məqsəd hakimiyyətdaxili qruplara, müxalifətə güc göstərmək idisə, bunun üçün nə uyğun vaxt deyildi, nə də bu güc o “güc” deyildi axı. Bu xalqın Qarabağ torpaqlarının işğaldan azad edilməsinə verilən birmənalı dəstək idi.

Belə məqamda xalqın- müxalifətin, iqtidarın sadə vətəndaşlarla bir olduğunu, orduya dəstək olduğunu işğalçı qüvvələrə və onların dəstəkçilərindən başqa kiməsə göstərmək, başqa yerə yozmaq məqsədi varsa, ciddi yanlışdır.

Basta