Avroviziya-2021: Azərbaycan 65 xalla 20-ci oldu

“Avroviziya 2021” mahnı müsabiqəsinin böyük finalı başa çatıb.

 

Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilən finalda birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparıb.

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış efib.

 

Ukrayna Azərbaycana 3, İsrail 2, Gürcüstan 5, Rusiya 8, İsveçrə 2, Niderland 2, İrlandiya 2, Moldova 6, Albaniya 2 xal verib.

 

Tamaşaçı səsverməsinə əsasən, Azərbaycan 33 bal toplayıb. Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb. Azərbaycan müsabiqəni 20-ci yerdə tamamlayıb.

 

Qafqazinfo