Belarus “müxalif jurnalisti saxlamaq üçün” Yunanıstandan Litvaya uçan təyyarəni “zorla Minskə endirib”

Avropa İttifaqı liderləri, NATO və ABŞ Yunanıstandan Litvaya uçan təyyarənin göyərtədə “bomba olması” iddiası ilə “zorla Minskə endirilməsi” və təyyarədəki müxalif jurnalist Roman Protaseviçin saxlanılmasını tənqid ediblər.

 

Bazar günü Belarus Afinadan Vilnüsə uçan təyyarədə bomba olması iddiası ilə havaya qırıcı qaldırtdırıb və təyyarə enəndən sonra onun göyərtəsində olan belaruslu müxalifyönümlü jurnalist və icitmai fəal, 26 yaşlı Roman Protaseviç saxlanılıb.

 

Avropa İttifaqının bəzi yüksək səlahiyyətli şəxsləri hadisəni “qaçırılma”, ABŞ Xarici İşlər Nazirliyi isə “şokedici hərəkət” olaraq səciyyələndirib.

 

Belarus mətbuatı MİG-19 qırıcılarının müşayiətilə yolu dəyişdirilən təyyarənin göyərtədə “bomba olması xəbərdarlığına görə” məcburi eniş etdiyini yazıb. “Ryanair” şirkətinə məxsus olan təyyarədə partlayıcının tapılmadığı bildirilir.

 

Litvaya eniş edən təyyarədəki sərnişinlərdən biri Protaseviçin “çox qorxduğunu” deyib.

 

Roman Protaseviç 2017-ci ildə təyyarə ilə Minskə qayıdandan sonra da saxlanılmışdı.

 

AFP Agentliyinə danışan digər bir sərnişin Monika Simkiene Protaseviçin təyyarədəki insanlara “edam cəzası ilə üz-üzə olduğunu söylədiyini” deyib.

 

İngiltərə xarici işlər naziri Dominic Raab “qəribə hərəkətlərin ciddi nəticələrinin ola biləcəyini” bildirib.

 

Protaseviçin sərbəst buraxılması üçün çağırışlar edən siyasətçilər arasında keçən il prezident seçkilərində rəsmi nəticələrə görə, Aleksandr Lukaşenkoya uduzan Belarus müxalifət lideri Svetlana Tixanovskaya da var.

 

Təyyarənin məxsus olduğu Ryanair şirkəti açıqlamasında “ekipajın Belarus (Hava Nəqliyyatı Nəzarəti) tərəfindən təhlükəsizlik təhdidi ilə əlaqədar xəbərdar edildiyini və ən yaxın hava limanı olan Minskə məcburi eniş etməsi üçün təlimat verildiyini” bildirib.

 

Litva Prezidenti Gitanas Nauseda Avropa İttifaqına müraciət edərək “Belarusa yeni sanksiyaların tətbiq edilməsini” istəyib.

 

Protaseviçin keçmiş baş redaktoru olduğu Nexta telegram kanalı ötən il Belarusda keçirilən prezident seçkisi vaxtı müxalifət üçün böyük əhəmiyyət daşıyırdı. Kanal seçkilərdən sonra hökumətin xəbərlərə və mətbuata tətbiq etdiyi məhdudlaşdırmaya baxmayaraq, fəaliyyətini davam etmişdi.

 

Svetlana Tixanovskaya 26 yaşlı Protaseviçin 2019-cu ildə Belarusdan getdiyini və 2020-ci il prezident seçkilərini Nexta vasitəsilə çatdırmağa davam etdiyini deyib. Daha sonra Protaseviç haqqında Belarusda cinayət işi qaldırılıb.

 

O, “terrorçu kimi dəyərləndirildiyi üçün” Protaseviçin Belarusda edam cəzası ilə üzləşə biləcəyini bildirib. BBC