Bakıda “8 Noyabr” metro stansiyasının açılışı olub

Mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.

 

Yeni açılan stansiya  3-cü mikrorayon, Ceyhun Səlimov küçəsində yerləşir.

 

Şənbə günü “8 Noyabr” stansiyasının təntənəli açılış mərasiminə Azərbaycan dövlət başçısı İlham Əliyev qatılıb.

 

“8 noyabr” stansiyası yeni bənövşəyi xəttin üzərindəki 3-cü stansiyadır (“Memar Əcəmi”, “Avtovağzal” və “8 Noyabr” stansiyaları, gələcəkdə bu xəttin Biləcəri və Qaraçuxur istiqamətində inkişaf edəcəyi gözlənilir).

 

“Bakı Metropoliteni” QSC-nin yaydığı açıqlamaya görə metro stansiyaları saat 06:00-dan 24:00-dək işləyəcək.

 

Stansiyaların girişlərində sərnişinlərin hərarəti və tibbi maskadan istifadə etməsi yoxlanılacaq.