Laçında erməni kəşfiyyatçısı ələ keçdi
İyunun 8-də Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik Laçın rayonu sahəsində “əlverişsiz hava şəraitindən istifadə edərək” Ermənistan-Azərbaycan dövlət sərhədini keçən qrupun Artur Kartanyan adlı hərbi qulluqçusunun saxlanıldığını, digər üzvlərin “geri çəkilərək ərazini tərk etdiklərini” bildirib.
“İlkin araşdırmalara görə, kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub”, – Azərbaycan MN-in məlumatında deyilir.