YAP-dan Müsavat başqanına qarşı terror çağırışı

“Hakim partiyanın əsas şəxslərindən biri, YAP-ın təşkilati işlər üzrə məsul şəxsi Əhliman Tağıyev Müsavat başqanı Arif Hacılıya qarşı faktiki terror çağırışı edir. YAP-ın rəsmi sosial şəbəkə səhifələri də bu çağırışı dəstəkləyir və paylaşır. “.

 

Bunu Müsavat başqanının müavini Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.

 

Əhliman Tağıyev birbaşa olaraq hakimiyyətə təklif verib ki, Arif Hacılı başda olmaqla onları tənqid edənləri “heyət” olaraq ermənilərin minaladığı sahələrə aparsınlar. Əlavə də edir ki, “Onları bəlkə erməni minası “başa saldı. Rəqiblərə qarşı mübarizədə indi də düşmən minasına ehtiyac hiss edirlər?” – deyə Səxavət Soltanlı sual verib.

 

 

Qeyd edək ki, son bir həftə ərzində bir  sıra deputatlar Arif Hacılıya qarşı sərt ittihamlar irəli sürüb.

 

Basta