Rusiya səfiri Ermənistandakı anti-Rusiya ovqatından danışdı
Rusiyanın Yerevandakı səfiri Serqey Kopırkin “Sputnik”ə verdiyi müsahibədə bir sıra digər məsələlərlə yanaşı, son vaxtlar Ermənistanda Rusiyaya qarşı artan narazılığı şərh edib.
Son vaxtlar Ermənistanda anti-Rusiya hisslərinin şiddətləndirilməsi müşahidə olunur. Səfirlik buna necə reaksiya verir? Bu cəhdlər ikitərəfli münasibətlərə düzəlməz ziyan vura bilərmi?
Jurnalistin bu sualına cavab olaraq səfir təsdiqləyib ki, həqiqətən Ermənistanda müəyyən qüvvələr anti-Rusiya, bəzən açıq şəkildə rusofob mövqelərini tuturlar: “Təəssüf … Ancaq diqqətinizi bir məqama yönəltmək istərdim. Ritorikadan asılı olmayaraq, əsas mövzu və məqsəd eynidir – münasibətlərdə çat yaratmaq və Rusiya-Ermənistan münasibətlərinə zərbə vurmaq. İnsan bunun əsas məqsəd olduğunu hiss edir. Bu cür mövqenin Ermənistanın maraqlarına cavab verdiyinə əmin deyiləm”.
“Hər şeyə görə Rusiyanı günahlandırmaq cəhdləri edilir. Halbuki bu çətin anlarda yalnız Rusiya Ermənistanın və erməni xalqının yanında olub” – deyə, səfir Kopırkin bildirib.
Basta