KİV: Ermənistan 15 əsirin müqabilində Ağdamın mina xəritələrini təqdim etdi
Bu gün Bakı vaxtı ilə 17:00-da Azərbaycan və Ermənistan nümayəndələri arasında tarixi görüş baş tutub. Bu barədə “Caliber” yazıb.
Bildirilir ki, Ermənistan tərəfi Azərbaycana Ağdam rayonundakı mina xəritələrini təqdim edib. Bunun əvəzində Bakı İrəvana 15 erməni hərbçisini qaytarıb. İstintaq orqanlarının araşdırmasına görə, bu hərbçilər Azərbaycan vətəndaşlarının öldürülməsində və digər ağır cinayətlərdə iştirak etməyiblər. Erməni tərəfi isə 100 minə yaxın tank və piyada əleyhinə minanın yerinə göstərən xəritələri təqdim edib.
Xəritələrin dürüstlüyünə ABŞ və Aİ yüksək səviyyədə zəmanət verib.