Moskvada pandemiyanın yeni dalğası: Xəstəxanalar dolub
Ötən bir həftə ərzində dünyada COVİD-19-a yoluxma 5 faiz azalsa da, Rusiyada bu göstərici 40 faiz artıb. Həftə ərzində 98 mindən çox yeni yoluxma qeydə alınıb.
Koronavirusun yeni dalğası ilk növbədə paytaxt Moskvanı öz ağuşuna alıb. Moskva meri Serqey Sobyanin bildirib ki, infeksiyanın sürətlə artmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlərə ehtiyac yaranıb, – “İnterfaks” məlumat verir.
Sobyaninin sözlərinə görə, cəmi 5 gün əvvəl xəstəxanalarda koronavirus xəstələri üçün 13 min boş çarpayı olub. Amma qısa müddətdə bu çarpayıların hamısı dolub. Sobyanin bildirib ki, bu vəziyyət davam edərsə, daha bir neçə xəstəxananın təyinatı dəyişdiriləcək və koronavirus xəstələrinin sərəncamına veriləcək.
Qeyd edək ki, Rusiyada iyunun 16-dək cəmi 14 507 281 nəfər (əhalinin 9,94 faizi) koronavirus infeksiyasına qarşı peyvəndin hər iki dozasını qəbul edib. Ölkədə kötləvi istifadə olunan “Sputnik V” peyvəndi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilməyib.
Basta