Məhkəmə Naxçıvanın keçmiş daxili işlər nazirini 11 il həbsə məhkum edib
Naxçıvan Hərbi Məhkəməsi hakim Polad Həsənovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədov barəsində 11 il həbs hökmü çıxarıb.
Məlumatı Naxçıvan Hərbi Məhkəməsindən Amerikanın Səsinə təsdiq ediblər.
Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədov barəsində bu il martında 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, 2000-2017-ci illərdə nazir olub.
Keçmiş nazirə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan edilib.
Hərbi Məhkəmədən bildiriblər ki, Əhməd Əhmədov Naxçıvan Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Əhmədovun ailəsi və vəkili məhkəmənin hökmünə hələ münasibət bildirməyib.
Amerikanın səsi