Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub
Ermənistan Silahlı Qüvvələri Gədəbəy rayonu istiqamətində Azərbaycanın həqbi mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, iyulun 9-da saat 21:05-də radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan ordusununmövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Son günlər sərhəddə Ermənistan tərəfindən Azərbaycan mövqelərinin atəşə tutulması intensivləşib.