Olimpiada: Cavid Çələbiyevdən inamlı qələbə – Erməni ilə döyüşəcək

63 kq. çəki dərəcəsində yarışan boksçumuz Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

 

Qol.az xəbər verir ki, 1/16 finalda Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gələn idmançımız tam üstünlüklə qalib gəlib – 5:0. Bununla da o, 1/8 finala yüksəlib.

Dünya çempionumuz 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.

Xatırladaq ki, dünən Azərbaycan boks millisinin üzvlərindən Məhəmməd Abdullayev (+91) Denis Latıpova (Bəhreyn) qalib gələrək 1/8 finala adlayıb. Lorenzo Sotomayor (69 kq.) və Tayfur Əliyev (57 kq) isə 1/16 finalda uduzaraq mübaribəni dayandırıblar.

 

Olimpiadada 206 ölkə iştirak edir. İlk iki gündən sonra yarış cədvəlinə  11  medalla (6 qızıl, 1 gümüş, 4 bürünc) Çin başçılıq edir. Sonrakı yerlərdə Yaponiyaiya və ABŞ idmançıları gəlir.

 

Özbəkistan 11-ci (1 qızıl medal), Gürcüstan 24-cü (1 gümüş), Qazaxıstan və Ukrayna 31-ci (hər biri 2 bürünc), Estoniya 35-ci (1 bürünc) yeri tutur.

 

Qardaş Türkiyənin milli komandası isə 2 bürünc medalla 31-ci yeri bölüşdürən 4 komanda sırasında yer alıb.

 

40 lisenziya üzrə 44 idmançı ilə yarışa qatılan Azərbaycan milli komandası hələlik medal qazanmayıb.