Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirlərinin görüşü planlaşdırılır

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirlərinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.  Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Ötən gecə Kəlbəcərdə baş verən lokal döyüşlər bu danışıqlarla əlaqələndirilir. Məlumatda deyilir ki, Azərbaycan tərəfi görüş ərəfəsində “irəliləmək üçün əlverişli şərait yaradaraq mövqelərini yaxşılaşdırmağa çalışır”.

 

Qeyd edək ki, ötən gecə baş verən lokal döyüşlər nəticəsində Azərbaycan ordusunun iki hərbçisi yaralanıb. Ermənistan tərəfi isə üç hərbçisinin həlak olduğu, ikisinin yaralandığı barədə məlumat yayıb.

 

Basta