Dünya Covid-19 peyvəndinə nə qədər yaxındır?

Covid-19 epidemiyasına qarşı peyvənd istehsal etmək yarışı bütün dünyada davam edir. Hər gün müxtəlif mənbələrdən peyvəndlərin payız aylarında hazır olacağı barədə xəbərlər dərc olunur. Bəs, bu, nə qədər doğrudur?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Covid-19-ə qarşı 15 iyul 2020 tarixinədək aralarında Türkiyənin də yer aldığı ondan çox ölkədə ümumilikdə 163 peyvənd üzərində iş aparılır.

Onlardan 23-ü klinik araşdırma mərhələsini keçib və insanlar üzərində yoxlanılır.

Dünyada peyvənd üzərində aparılan işlərdə minlərlə könüllü ilə üçüncü mərhələyə keçən sadəcə 3 peyvənd namizədi var.

Oxfor Universiteti və AstraZeneca ilə birgə hazırlanan peyvənd və Çindəki Sinovac tərəfindən hazırlanan peyvəndlər iyul ayında bu təcrübələrə başladığını açıqlayıb.

ABŞ-da mənzillənən Moderna isə 30 min könüllü ilə bu təcrübələrə iyul ayının sonunda başlayacağını bildirib.

Tarixdə daha əvvəl hazırlanan peyvəndlərə baxıldıqda, ən tez başa gələn peyvənd dörd ildə hazırlanıb.

Bəzi peyvəndlərin təkmilləşdirilmə müddəti isə davam edir. Məsələn, AİDS-ə qarşı 40 ildən çoxdur ki, effektiv peyvənd tapılmayıb.

Alimlər Covid-19 epidemiyasının istifadə olunan yeni üsullarla tarixdə daha əvvəl görünməmiş araşdırma və istehsal prosesinin ortaya çıxmasına səbəb olduğunu və peyvənd istehsalında yeni mərhələ açacağını ehtimal edir.

BBC