Bayden Trampı 15 faiz üstələyir – Sorğu

ABŞ-ın keçmiş vitse-prezidenti, Demokrat partiyasının prezidentliyə namizədi Co Bayden populyarlıq baxımından hazırkı prezident Donald Trampdan 15% irəlidədir. Washington Post və ABC News-un keçirdiyi sorğunun nəticələri bunu göstərib.

Sorğuda respondentlərə “seçki bu gün keçirilsə kimə səs verərdiniz” sualı ünvanlanıb. Suala cavab verən seçicilərin 55 faizi Baydenin, 40 faizi isə Trampın adını çəkib.

.Sorğu 12-15 iyul tarixlərində 1,006 Amerika vətəndaşı arasında təsadüfi seçmə yolu ilə telefonla aparılıb. Anketin statistik səhv ehtimal 3.5 faiz həddində qiymətləndirilib.


ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək.

Basta