Azərbaycanda Aİ-95 markalı benzin yenə bahalaşdı
Azərbaycanda Aİ-95 markalı benzininin qiyməti 1,40 manatdan 1,45 manatadək yüksəlib.
Bahalaşmanın səbəbi kimi Azərbaycanda istehsal olunmayan bu yanacağın alış qiymətinin artması göstərilir.
Trend agentliyinə açıqlamasında “SOCAR Petroleum” şirkətinin nümayəndəsi deyib ki, Rumıniyadan idxal olunan benzinin qiymətindəki artıma görə Azərbaycanda da qiymət 5 qəpik bahalaşıb.
İyun ayında Aİ 95 markalı benzinin qiyməti 15 qəpik artaraq 1,4 manata çatıb.
Yanvarda isə Tarif Şurasının qərarı ilə 92 markalı benzinin bir litrinin qiyməti 90 qəpikdən bir manata, dizel yanacağının bir litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə kimi bahalaşıb.
Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunur və idxal qiymətlərindən asılı deyil.
BBC