Polşa Belaruslu atletə sığınacaq verdi
Milli komandanın rəhbərliyini tənqid etdikdən sonra Olimpiadadan kənarlaşdırılan Belarus idmançısı Kristina Tsimanovskaya Polşa vizası aldı. Bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik Tsimanovskayanın istədiyi təqdirdə idman karyerasını Polşada davam etdirə biləcəyini də vurğulayıb.
Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib ki, ölkə Belarus idmançısını qəbul etməyə hazırdır: “Dünən məlumat alanda bu vəziyyətə reaksiya verdik. Xanım Tsimanovskayanın nümayəndələrinə müraciət etdik və onlarla əlaqə saxlayırıq”.
Daha əvvəl Belarus İdman Həmrəyliyi Fondundan Aleksandr Opeikin Tsimanovskayanın Polşaya siyasi sığınacaq üçün müraciət etdiyini söyləyib: “O, hazırda Tokiodadır. Artıq Polşaya siyasi sığınacaq üçün müraciət edib”.
Qeyd edək ki, 80-ci illərdə onlarla SSRİ idamançısı beynəlxalq yarışlar zamanı Qərb dövlətlərindən sığınacaq alıb.
Basta