Müsavat Süleymanovların sərbəst buraxılmasını tələb edir – Divanın gündəliyi
Avqustun 2-də Müsavat Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda əvvəlcə görülən işlər barədə məlumat verilib.
Türkiyədə insan tələfatına və ekoloji fəlakətə səbəb olan yanğınlar barədə məlumatlar dinlənilib. Bu ağır günlərdə Azərbaycanın və Müsavat Partiyasının qardaş Türkiyənin yanında olduğu ifadə edilib.
Qarabağda və Azərbaycan-Ermənistan sərhədində atəşkəsin mütəmadi pozulması haqda fikir mübadiləsi aparılıb. Türkiyə və Rusiyanın iştirakı ilə yaradılan atəşkəsə nəzarət üzrə müşahidə mərkəzindən atəşkəsin pozulması faktlarına münasibət bildirməsi tələb olunub.
İclasda qeyd edilib ki, vəkil Nemət Kərimlinin siyasi motivlərlə inzibati qaydada həbs edilən, sonra Respublika Narkoloji Mərkəzinə məcburi müalicəyə göndərilən Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Nizaməli Süleymanov və onun qardaşı oğlu Akif Süleymanovla görüşünə növbəti dəfə icazə verilməyib.
Divan Süleymanovların sağlamlığının təhlükədə olması ilə bağlı narahatlığını ifadə edib, hər iki şəxsin dərhal sərbəst buraxılması və onlara qarşı repressiyalara son qoyulmasını tələb edib.
Sonda cari məsələlər müzakirə olunub.
Basta