Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Moskvada görüşlərini bərpa ediblər
Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun növbəti iclası keçirilib, Rusiya Hökumətinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Məlumata görə, avqustun 17-də Moskvada keçirilən iclasda tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirib və üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində aparılacaq işlərin gedişini müzakirə ediblər.
Rus sülhməramlıları və Azərbaycan arasında narazılığın səbəbi nədir?
Azərbaycan ATƏT-in Minsk Qrupu ilə əməkdaşlığını bərpa edə bilərmi?
Atəşkəs niyə tez-tez pozulur? Sülhməramlılar nə işə baxır? “Göstərmək istəyirlər ki, müharibə həll olunmayıb”
Üçtərəfli işçi qrupun işlərinin dayandırılması iyunun 1-də məlum olub.
Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Yerevanda jurnalistlərlə görüşü zamanı bəyan etmişdi ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə görə, Ermənistan hesab edir ki, “bu formatda konstruktiv işləmək mümkün deyil”.
Erməni tərəfi mayın 12-dən Azərbaycan Silahlı qüvvələrinin bölmələrinin Sünik (Zəngəzur) vilayətində Qaragöl ətrafında, Geğarkunik vilayətinin Vardenis şəhəri yaxınlığında “Ermənistana məxsus ərazilərə müdaxilə etdikdən sonra” sərhəddə vəziyyətin gərginləşdiyini bildirir.
Azərbaycan ərazilərin özünə məxsus olduğunu deyir və əsgərlərin ora sərhədlərin müəyyənləşdirilməsi məqsədilə göndərildiyi bildirilir.
BBC