Rusiyalı keşiş erməni dinini təhqir edib. Səfirdən izahat tələb olundu
Ermənistanın Gümrü şəhərindəki Mələk Mikayıl kilsəsində xidmət göstərən rusiyalı keşiş bu ibadət ocağının divarından erməni rəssamın çəkdiyi fresklərin silinməsinə göstəriş verib. O, bildirib ki, bu fresklər “Erməni Apostol Kilsəsinə inanan bir biddətçi (dindən sapınan) tərəfindən hazırlandığı üçün” ağ boya ilə örtülməlidir.
Hraparak.am saytının məlumatına görə, bu haqda ilk olaraq Ermənistanın mədəniyyət nazirinin keçmiş müavini, memar Tigran Galstyan açıqlama verib. Şirak yeparxiyasının baş yepiskopu Mikael Ajapahyan “Hraparak” əməkdaşı ilə söhbətində rus keşişin erməni Apostol Kilsəsinə və erməni xalqına münasibətini “şovinizm” adlandırıraraq, bunun millətlər arasında nifrət yaratdığını qeyd edib.
“Rus keşişi erməni rəssəmına lənət oxuyur, onu ən azı bir məzhəbçi kimi qələmə verir, sonra bütün erməni Apostol Kilsəsini və erməni xalqını və erməni inancını düşünərək bizi – dünyanın ilk xristian xalqını dindən sapınmaqda ittiham etmiş olur” – deyə, Ajabahyan vurğulayıb.
Məqalədə Rusiya vətəndaşı olan bir rus keşişinin Ermənistanda kilsə ilə bağlı hər hansı bir göstəriş vermək hüququnun olmadığı xatırladılır, və Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinə aşağıdakı sual ünvanlanır: “Rus keşişinin bu ifadələri onun şəxsi fikridir, yoxsa Rusiya dövlətinin və rus Pravoslav Kilsəsinin erməni xalqına, erməni Apostol Kilsəsi və erməni inancına gerçək münasibəti elə budur?”.
Mustafa Hacıbəyli
Basta