Ramiz Göyüşov YAP-dan çıxarıldı – yenilənib

 

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.

 

İclasda YAP Binəqədi Rayon Təşkilatının sədr əvəzi Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi ilə bağlı qərar verilib.

 

***

 

“Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilib”.

 

Bu açıqlamanı Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev verib.

 

“YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq” – deyə, Elməddin Quliyev qeyd edib.

 

Basta