Rusiyanın Qarabağdakı müvəqqəti sülhməramlı kontingentinə yeni komandan təyin edildi

General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı müvəqqəti sülhməramlı kontingentinin komandanı təyin edilib.

 

Ermənistanın müdafiə naziri Arşak Karapetyan cümə axşamı Mixail Kosobokov və Ermənistandakı 102 -ci Rusiya hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarovla görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bundan əvvəl Kosobokov 58 -ci Birləşmiş Silahlı Qüvvələrin (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışıb. Kosobokov əvvəllər Abxaziyadakı rus hərbi bazasına komandanlıq edib. Bu təyinata qədər Rusiyanın Qarabağdakı müvəqqəti sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov olub.

 

Basta