2022-ci ilin büdcə layihəsi açıqlandı
Azərbaycanda gələn il manatın dollara nisbətdə ucuzlaşmayacağı gözlənir.
Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında deyilir ki, milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək.
Ona görə də 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.
Azərbaycanda işsizlik: iş tapmaq getdikcə niyə çətinləşir?
Natiq Cəfərli: “Bu, ilkin müjdədir ki, yaxın vaxtda elektrik enerjisinin də qiyməti qalxacaq”
Azərtac xəbər verir ki, gələn büdcə layihəsində 1 barel neft 45 dollar civarında nəzərdə tutulub.
Gələn il kapital və əmlakın amnistiyası gözlənir. Maliyyə Nazirliyi hesab edir ki, bu addım kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində “mühüm rol oynayacaq”.
2022-ci ildə investisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur.
İşğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi də planlaşdırılır.
Gələn ilin büdcəsində Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpasına vəsait ayrılıb və oradakı yenidənqurma işləri Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək.
Maliyyə Nazirliyi onu da açıqlayıb ki, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin, həmçinin büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, güzəştlərə yenidən baxılacaq.
2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.
Bu ilin büdcəsinidə gəlirlər 25 milyard 427 milyon, xərcləri 28 milyard 543 milyon manatdır.