Artur Matevosyan: “Şurnuxda azərbaycanlılar öz torpağında oturub”

Azərbaycanın öz ərazisində – Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində post qurması ilə əlaqədar Ermənistanda qaldırılan isteriya səngimir. Erməni təbliğat maşını bu mövzuda o dərəcədə ifrata varıb ki, hətta daxildən etirazla üzləşib.

 

“Hraparak” qəzetində Gorsudakı icmaların birində bələdiyyə başçısı vəzifəsini icra edən Artur Matevosyanla müsahibə dərc olunub. Azərbaycanlıları “düşmən” adlandıran jurnalistin qərəzli və yalnız əks-təbliğat xarakteri daşıyan suallarına cavab verərkən, Matevosyan soyuqqanlıqla həqiqətləri dilə gətirir və azərbaycanlıların öz ərazilərində olduqlarını bildirir.

 

Müsahibənin həmin hissəsini təqdim edirik:

 

– “Ölkədə dəyişiklik” deyəndə, Syunikin sərhədlərində düşmənin oturmasını  nəzərdə tutursunuz?

– Syunik daxilində düşmənimiz yoxdur.

– Necə yəni yoxdur? Qafanda sərhəddə düşmən yoxdurmu?

– Kim dedi ki, düşməndirlər, onlar kimlərdir, niyə insanları bir-birinə qarşı qoyursan?

–  Azərbaycanlılar Şurnuxda oturub, bizim düşmənimiz deyillər?

– Şurnuxda azərbaycanlılar öz sərhədində, öz torpağında oturub. Mən 4 yaşımdan Qafanda böyümüşəm, 4 yaşımdan bu yolları gedib gəlmişəm, Şurnuxun o hissəsində həmişə Türklərin olduğunu görmüşəm.

-Bu normal haldır?

– Düzdür, biz otuz ildir ki, başqa şey görürdük,  buna öyrəşməmişik, amma təəssüf ki, real vəziyyət budur.

– Və öyrəşməliyik?

– Nə edək, deyirsiz atom bombası ataq?..

 

Basta