Azərbaycan-Ermənistan dialoqu başladı – Gürcüstanda görüş

Avropa Birliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın siyasi ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gəlib. Ermənistan mətbuatının məlumatına görə, görüş Gürcüstanın Kaçreti bölgəsində baş tutub. Görüş haqda əvvəlcədən hər hansı bir məlumat yaylmayıb.

 

Bu gün commonspace.eu saytında yayılan şəkildən məlum olur ki, məlum olur ki, görüşdə prezidentin keçmiş müşaviri Eldar Namazov, Turan xəbər agentliyinin rəhbəri Mehman Əliyev, siyasi ekspert  Stepan Qriqoryan,  akademik Aleksandr Manasyan və digərləri  iştirak ediblər.

 

Bildirilir ki, müzakirədən əvvəl görüş iştirakçıları 44 günlük Qarabağ müharibəsində həlak olan ermənilərin və azərbaycanlıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.  Seminar, Avropa Birliyinin dəstəyi ilə LINKS Europe tərəfindən Ermənistanın Siyasi, İqtisadi və Strateji Araşdırmalar Mərkəzi və Azərbaycanın Qafqaz Siyasi Təhlil Mərkəzi ilə birlikdə təşkil edilib.

 

LINKS Europe, 1997-ci ildən bəri Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir. Məlumata görə, görüş konstruktiv şəraitdə keçib. İştirakçılar Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini, sülh məsələlərini, münaqişə problemlərini, 44 günlük müharibədən sonra sülh perspektivlərini dəyərləndiriblər. Hazırda müzakirə olunan müxtəlif sülh təşəbbüsləri müsbət qiymətləndirilib.

 

Görüş zamanı prosesinin inkişaf etdirilməsi razılaşdırılıb. Bunun üçün işçi qrupu yaradılıb. Görüşdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə ofisinin nümayəndələri də iştirak ediblər.

 

Basta