Saakaşvili həbsxanada aclığa başlayıb – Yenilənib
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisidə həbs olunub. Bu haqda Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saakaşvili saxlanılarkən tək olub və müqavimət göstərməyib.
Sabiq prezident xaricdə olarkən, məhkəmə onun barəsində qiyabi hökm oxuyaraq 6 il müddətinə azadlıqdan məhrum edib.
Saakaşvili həbsinin qanunsuz olduğunu bildirərək, həbsxanada aclıq aksiyasına başlayıb.
***
“Mixail Saakaşvili Ukraynanın dövlət sərhədini tərk etməyib”. Bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze Daxili İşlər Nazirliyində keçirdiyi brifinqdə söyləyib. .
“Saakaşvili axtarış siyahısındadır, ona hökm oxunub, buna görə də Gürcüstanın dövlət sərhədini keçərsə, onu saxlayıb müvafiq cəzaçəkmə müəssisəsinə köçürəcəyik ”, – deyə saxili işlər nazirinin müavini bildirib.
.
.
***
.
Saakaşvilinin Gürcüstana qayıtdığı təsdiqlənmir
.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstana gəldiyini açıqlayıb. Bu barədə o, Facebook səhifəsində yazıb. “Sabahınız xeyir, Gürcüstan, 8 ildən sonra Gürcüstanda” deyə, siyasətçi yazıb. O gecə saatlarında çəkilmiş video paylaşıb və buranın Batumi olduğunu bildirib.
Lakin onun qayıtdığı təsdiqlənmir. Gürcüstan Daxili İşlər Nazirliyi Saakaşvilinin Gürcüstana girişi ilə bağlı heç bir məlumatı olmadığını açıqlayıb.
Xatırladaq ki, Saakaşvili daha əvvəl oktyabrın 2-də Tiflisə qayıdacağını bildirmişdi. Qeyd edək ki, həmin gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
Acarıstanın hökumətinin təmsilçisi Tornike Rijvadze Mixail Saakaşvilinin Batumidən yaydığı videonun montaj olduğunu deyir və iddia edir ki, Saakaşvili heç vaxt Gürcüstan sərhədini keçməyə cürət etməyəcək.
“Bu, bir daha cəmiyyətimizin, dövlətimizin, onların tərəfdarlarının, seçicilərinin ələ salınmasıdır və əminəm ki, çox tezliklə, seçkilərdə layiqli cavab alacaqlar” deyə, Tornike Rizhvadze əlavə edib.
Basta