Ərdoğan və Əliyev Qarabağda

Çərşənbə axşamı Azərbaycana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Füzuli beynəlxalq hava limanına enib.

Türkiyəli həmkarını Füzuli hava limanında İlham Əliyev qarşılayıb. Dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər.

Oktyabrın 26-da Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun  təməli qoyulub.


İlham Əliyev  və Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar. Bu yolun Zəngəzur dəhlizi ilə birləşəcəyi bildirilir.