AZAL Ermənistana pul ödəyir

AZAL aviaşirkəti Ermənistana bu ölkənin ərazisindən uçuşlar üçün pul ödəyir. Bu haqda Ermənistanın Mülki Aviasiya Komitəsi “Sputnik Ermənistan”a bildirib.

 

“Ermənistanın hava məkanından uçan bütün aviaşirkətlər, o cümlədən AZAL uçuşlar üçün aeronaviqasiya xidmətlərini ödəyir”, – deyə məlumatda bildirilir.

 

Aviaşirkətin hansı məbləği ödədiyinə gəlincə, bunun bir sıra əmsallardan asılı olduğu bildirilib. Təyyarənin çəkisi, Ermənistanın hava məkanında uçuş trayektoriyası və vaxtı ödənişlərin məbləğini müəyyən edir. Bu tariflər  ölkəsindən asılı olmayaraq bütün aviaşirkətlər üçün eynidir.

 

Basta