Ərdoğan Baydenlə bağlı qapılar arxasında görüşdü

Romada G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden ilə Türkiyə lideri Rəcəb Ərdoğan arasında görüş keçirilib. Bu barədə Anadoli agentliyi məlumat yayıb.

 

Görüşün mətbuat üçün qapalı rejimdə keçirildiyi qeyd edilir. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edir.
Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində üzbəüz görüşüblər.

 

Prezident Ərdoğan daha əvvəl bildirmişdi ki, qarşıdakı danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

 

Prezident Bayden konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarımızı səmərəli şəkildə idarə etmək istəyini vurğuladı. O, Türkiyənin Əfqanıstandakı NATO missiyasına iyirmi ilə yaxındır verdiyi töhfələrə görə minnətdarlığını ifadə edib”, – “Turan”ın Ağ Evə istinadən verdiyi məlumatda deyilir.

 

“Liderlər Suriyadakı siyasi prosesi, ehtiyacı olan əfqanlara humanitar yardımın çatdırılması, Liviyada seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Cənubi Qafqazda diplomatik səyləri müzakirə ediblər”.

 

“Prezidentlər arasında çox konstruktiv söhbət oldu. Bayden  Türkiyə ilə konstruktiv münasibətlər qurmaq və fikir ayrılıqlarımızı idarə etmək üçün effektiv yol tapmaq istəyini açıq şəkildə ifadə etdi”, – ABŞ administrasiyasının  rəsmisi görüşdən sonra jurnalistlərə bildirib.

 

Bayden bildirib ki, Ankara son bir neçə həftə ərzində Türkiyənin F16-ları almaq istəyinin olduğunu “çox aydın” deyib.  Bununla  bağlı Bayden  «ABŞ-da keçməli olduğumuz bir proses var deyərək»  bu proses üzərində işləməyə davam etmək öhdəliyi götürüb.

 

Ankaranın Rusiyadan S-400 raket sistemi alması NATO və Vaşinqton tərəfindən şiddətlə qarşılanıb. Bayden bu narahatlıqları birbaşa Ərdoğana ünvanlayıb.

 

Ağ Evdən verilən məlumatda deyilir ki, eyni zamanda Bayden  «konstruktiv münasibətləri davam etdirmək, əməkdaşlıq sahələrini genişləndirmək və fikir ayrılıqlarımızı effektiv şəkildə idarə etmək istəyini” vurğulayıb.

 

“Prezident [Bayden] və administrasiya S400-lərin problem olduğunu çoxdan açıqlayıb”, – ABŞ rəsmisi deyib.